Finlandiya millisi AVRO-2020-nin seçmə matçında Ermənistan komandasını darmadağın edib

Finlandiya millisinin futbolçuları çox vacib olan görüşdə Ermənistan komandasının qapısına üç cavabsız top vurublar.
Sputnik

Finlandiya millisi 2020-ci il Avropa çempionatının seçmə matçında evdə Ermənistan komandası üzərində böyük hesablı qələbə qazanıb.

“J” qrupunun çərşənbə axşamı Turkuda baş tutmuş görüşü 3:0 hesabı ilə finlərin xeyrinə başa çatıb. Qaliblərin heyətində Teemu Pukki (61 və 88-ci dəqiqələr) dubla imza atıb. Fredrik Yensen isə daha bir qol vurub (31).

8 oyundan sonra 15 xalla Finlandiya millisi qrupda ikinci yeri tutur. Ermənistan komandası (10) isə ehtiyatında bir oyun olan Bosniya və Herseqovina millisini (10) qabaqlayaraq üçüncü pillədədir. Onlardan sonra Yunanıstan (5) və Lixtenşteyn (2) milliləri gəlir.

Qrupun lideri olan İtaliya komandası (21 xal) AVRO-2020-nin finalına çıxışı vaxtından əvvəl təmin edib.