RUSİYA

“Soyuq müharibə”dən danışan Putin: “Trampı izləmirəm”

"Bizdə elə silahlar var ki, dünyanın  heç bir ölkəsində yoxdur. Bu, lazımi istiqamətdə məqsədyönlü fəaliyyətin nəticəsidir. Ancaq silah yarışı pisdir və dünyaya yaxşı heç nə vəd etmir"
Sputnik

BAKI, 14 oktyabr – Sputnik. Rusiya Prezidenti Vladimir Putin İkinci Soyuq Müharibənin olmayacağına ümid edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, V. Putin bunu “RT Arabic”, “Al Arabiya” və “Sky News Arabia” telekanallarına müsahibəsində dünyada silah yarışmasının Soyuq Müharibənin təkrar baş verməsinə yol açıb-açmayacağı barədə sualı cavablandırarkən bildirib.

Putin rus qoşunlarının nə vaxt Suriyadan çıxacağını dedi

V. Putin bir sıra ölkələrin hərbi xərclərinə də diqqət çəkib və Rusiyanın hərbi xərclərin həcminə görə dünyada yalnız 7-ci yerdə olduğunu vurğulayıb: “İlk yerdə 700 milyard dollarla ABŞ, sonrakı yerlərdə Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya,  Fransa,  Yaponiya, daha sonra 48 milyard dollarla Rusiya gəlir. Ancaq bizdə elə silahlar var ki, dünyanın  heç bir ölkəsində yoxdur. Bu, lazımi istiqamətdə məqsədyönlü fəaliyyətin nəticəsidir. Ancaq silah yarışı pisdir və dünyaya yaxşı heç nə vəd etmir”.

Putin “Twitter”də amerikalı həmkarı Donald Trampı oxumadığını da bildirib: “Mənim “Twitter” hesabım yoxdur. Lakin əməkdaşlarımız lazım gəldikcə mənə orada yazılanlar haqqında məlumat verirlər”.

Putin onu da qeyd edib ki, ABŞ prezidentinin fikirləri çoxları üçün, ümumilikdə dünya üçün vacibdir.