SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazarbayev, Jeenbekov, Orban – Siyasətçilər Bakıya yığışır

Nursultan Nazarbayevi, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovu, Macarıstanın Baş Naziri Viktor Orbanı Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Nazarbayev, Jeenbekov, Orban – Siyasətçilər Bakıya yığışır

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Nazarbayev, Jeenbekov, Orban – Siyasətçilər Bakıya yığışır

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Macarıstanın Baş Naziri Viktor Orban da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Nazarbayev, Jeenbekov, Orban – Siyasətçilər Bakıya yığışır

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş Naziri Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.