HADİSƏ

Şamaxıda körpə kimyəvi məhluldan zəhərlənib

2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içərək zəhərlənib. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.

Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda uşağın vəziyyəti ağır olduğu, onun reanimasiyada olduğu bildirilib.