"Qoşunlarımız tələyə düşüb" - Pentaqon rəhbərindən etiraf

Esper həmçinin etiraf edib ki, ABŞ-ın Türkiyə qoşunlarının hücumun qarşısını almaq üçün regionda kifayət qədər qüvvəsi yoxdur
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Pentaqon rəhbəri Mark Esper Suriyada olan Amerika qoşunlarının "qorxulu" vəziyyətə düşdüyünü deyib.

Sputnik Azərbaycan xəbər verir ki, Esper bunu "Fox News" telekanalı ilə müsahibəsində bildirib.

Qərbin ikiüzlülüyü Suriya məsələsində bir daha üzə çıxdı - politoloq şərhi

"Amerika qoşunları cənuba istiqamət götürmüş Türkiyə ordusu və ona cavab vermək üçün şimala doğru hərəkət edən Suriya ordusu arasında tələyə düşüb", - ABŞ müdafiə naziri deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton suriyalı kürdləri müdafiə etmək üçün Ankara ilə müharibə aparacağına söz verməyib. Esper həmçinin etiraf edib ki, ABŞ-ın Türkiyə qoşunlarının hücumun qarşısını almaq üçün regionda kifayət qədər qüvvəsi yoxdur.

Bir müddət öncə Pentaqon rəhbəri qeyd edib ki, ABŞ bir neçə min hərbi qulluqçusunu Suriyadan çıxaracaq. "Reuters" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, əsas hərbçi kontingenti yaxın günlərdə ölkəni tərk edə bilər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.