BAKI, 14 oktyabr — Sputnik. Bakıda ilk kitab dayanacağı açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Azərbaycanın tanınmış idman jurnalisti Sənan Şəfizadə öz "Facebook" profilində məlumat verib. Onun yayımladığı videoda dayanacağın Nəriman Nərimanov rayonu Nazim Hacıyev küçəsində açıldığı bildirilib. Dayanacağa daxil olan S.Şəfizadə Paolo Koelyonun "Veronika ölməyə
qərar verir" kitabını seçib. O bildirib ki, burada bir çox yazıçıların kitabı var. İstənilən şəxs buraya daxil olaraq özünə kitab seçə, oxuduqdan sonra onu geri qaytara və ya xatirə kimi özündə saxlaya bilər.
Qeyd edək ki, paytaxtın bir neçə yerində kitab dayanacaqları quraşdırılması nəzərdə tutulur.