Putin illər sonra Ərəbistanda: Dəbdəbəylə qarşılandı

Atın üzərində olan polislər Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı Krallığının bayraqlarını aparıblar
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı rəhbərliyi bu ölkəyə səfərə gələn Rusiya Prezidenti Vladimir Putini dəbdəbə ilə qarşılayıb. Bu barədə Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir.

Səudiyyə Ərəbistanını İrandan qorumaq üçün ABŞ-a pul ödəyəcək

Belə ki, paytaxt Ər-Riyadda Rusiya prezidentini aparan "Aurus" markalı limuzini kral sarayına qədər 16 atlı polis müşayiət edib. Atın üzərində olan polislər Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı Krallığının bayraqlarını aparıblar.

Qeyd edək ki, Rusiya Prezidentini Energetika naziri, Aleksandr Novak, İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Sənaye və Ticarət naziri Denis Manturov, Mədəniyyət naziri Vladimir Medinski, Səhiyyə naziri Veronika Skvartsova, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov müşayiət edirlər.