CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstana getmək istəyən və orada yaşayan azərbaycanlılara şad xəbər

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarına müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılması nəzərdə tutulur
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr - Sputnik. Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalayıblar. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq sənəd Türkdilli ölkələrin Xarici İşlər Nazirlərinin Şurası çərçivəsində imzalanıb.

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarına müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılması nəzərdə tutulur, həmçinin bu sənəd həmin vətəndaşların 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.

Qazaxıstana getmək istəyən və orada yaşayan azərbaycanlılara şad xəbər

 Razılaşmaya dəyişikliyin edilməsinə dair protokol Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanən daxili işlər naziri Erlan Turqumbayev tərəfindən imzalanıb. Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.