CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artist idman bacarıqlarını göstərdi

II Avropa Oyunlarının ulduz səfiri özünə məxsus jaz kompozisiyasının sədaları altında müxtəlif idman hərəkətlərini nümayiş etdirib
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva öz "Instagram" profilində maraqlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin paylaşdığı videoda idman etdiyi əks olunub. II Avropa Oyunlarının ulduz səfiri özünə məxsus jaz kompozisiyasının sədaları altında müxtəlif idman hərəkətlərini nümayiş etdirib.

Qeyd edək ki, bəstəkar, müğənni Tünzalə Ağayeva FASA proqramının 2014-cü il üçün Milli Olimpiya səfiri, Belorusda keçirilən "II Avropa Oyunları" idman yarışının ulduz səfiri seçilib. O həmçinin IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə birgə ifa etdiyi "Salam Bakı – Könüllülərin himni"nin müəllifidir.