Zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 440 terrorçu öldürülüb, 26-sı yaralanıb, 24-ü isə təslim olub
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 490 terrorçusu zərərsizləşdirilib.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, 440 terrorçu öldürülüb, 26-sı yaralanıb, 24-ü isə təslim olub.

O, qeyd edib ki, son beş gündə antiterror əməliyyatı zamanı Türkiyə ordusu iki, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib.