CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaralov Qarayevi Gəncəyə göndərdi

Zakir Qaralovun əmri ilə Mingəçevir şəhərinin prokuroru Azad Qarayev Gəncə şəhərinə prokuror təyin edilib
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Gəncə şəhərinə yeni prokuror təyin edilib.

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Müvafiq əmrlə Azad Qarayev Gəncə şəhərinə prokuror təyin edilib.

Qeyd edək ki, A.Qarayev bundan öncə Mingəçevir şəhərinin prokuroru vəzifəsində çalışıb.