CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küləyin sürəti saniyədə 25 metrə çatıb

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Səhər saatlarından başlayaraq, ölkə ərazisində əsən güclü küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Hava dəyişir, diqqətli olun

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 12-də saat 21.00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit güclü küləkli hava şəraiti davam edib. Şimal-qərb küləyi Qum adası, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə. 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20m/s, Sumqayıtda 19m/s, Ağstafada 18 m//s, Salyan, Şəkidə 16 m/- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb. Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.