HADİSƏ

Kafedən çıxdı, yox oldu: 15 yaşlı qız itkin düşüb

Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında kafedən çıxaraq itkin düşüb
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Bakıda azyaşlı qız itkin düşüb.

Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub

Sputnik Azərbaycan Trendə istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.