İranda ağır qəza: 6 nəfər yerindəcə öldü

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib ki, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda “Pride” markalı avtomobil “Peugeot” markalı avtomobillə toqquşub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb.

Xaledi əlavə edib ki, yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Təşkilat rəsmisi hadisə yerinə 3 təcili yadım maşınının göndərildiyini deyib.