BAKI, 13 oktyabr – Sputnik. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət rəhbərlərinin 7-ci zirvə toplantısı keçiriləcək.
Sputnik AzərbaycanAnadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin apardığı hərbi əməkliyyata baxmayaraq, Azərbaycana səfər edəcək. Bbu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir.
Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.
Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.