Türkiyənin məşhur aparıcısı ölümdən döndü

Acun İlıcalının maşını hərəkətdə olduğu zaman arxa təkərləri parçalanıb və o, avtomobilin idarə etməsini itirib
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Türkiyənin tanınmış aparıcısı Acun İlıcalı ölümdən dönüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, Acunun maşını hərəkətdə olduğu zaman arxa təkərləri parçalanıb və o, avtomobilin idarə etməsini itirib. İlıcalı manelərə çırpılıb. Maşın ciddi şəkildə zədələnsə də, aparıcı heç bir xəsarət almayıb.

Onun bahalı avtomobili artıq istifadəyə yararsızdır.

Acun bu qəzadan sonra sağlıq durumunun yaxşı olduğunu bildirib: "Məni axtaran və narahat olan bütün insanlara təşəkkürlər!"