RUSİYA

Putin rus qoşunlarının nə vaxt Suriyadan çıxacağını dedi

Suriya Ərəb Respublikası ərazisində qeyri-leqetim şəkildə olanlar bu ölkənin ərazisini tərk etməlidir. Bu ümumiyyətlə bütün ölkələrə aiddir.
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, qeyri-leqetim şəkildə Suriya ərazisində olanların hamısı bu ölkəni tərk etməlidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Al Arabiya", "Sky Nеws Arabia" və "RT Arabic" telekanallarına müsahibəsində bildirib.

"Suriya Ərəb Respublikası ərazisində qeyri-leqetim şəkildə olanlar bu ölkənin ərazisini tərk etməlidir. Bu ümumiyyətlə bütün ölkələrə aiddir. Əgər gələcəkdə leqetim Suriya rəhbərliyi desə ki, onun Rusiya Silahlı Qüvvələrinə ehtiyacı yoxdur onda yuxarıda sadaladığım Rusiya Federasiyasına da aiddir", -deyə Putin qeyd edib.