Türklər Suriyada Amerika mövqelərini vurdu, ya yox?

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Suriyanı şimalında keçirdiyi "Sülh bulağı" anti-terror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Suriyada Kobani yaxınlığında Amerikalı hərbçilər Türkiyə artilleriya qüvvələri tərəfindən atəşə tutulub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"ABŞ hərbçiləri arasında yaralılar yoxdur", - deyə Pentaqonun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, amerikalı hərbçilər Türkiyənin Suriyada əməliyyat keçirdiyi təhlükəsizlik zonasından bir neçə yüz metr aralıda atəşə tutulub.

Türkiyənin Müdafiə Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması haqqında iddiaları təkzib edib.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Suriyanı şimalında keçirdiyi "Sülh bulağı" anti-terror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.