SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Qərb Türkiyənin qarşılaşdığı təhdidlərə göz yummağa çalışır”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, Türkiyə rəhbərliyi də milli maraqlarını müdafiəsi üçün Suriyanın şimalında əməliyyatlara başlayıb
Sputnik

“Suriyanın şimalı ilə bağlı NATO-nun müttəfiqləri arasında fikir birliyi yoxdur”. Bunu Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberq M. Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Suriyanın şimalında, PKK/PYD terror təşkilatının nəzarətindəki Tel Rifat bölgəsindən Azezə yaxın ərazidə Türkiyə Silahlı Qüvvələrinin hərbi bazası minaatanlardan atəşə tutulub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin uzun illərdir üzləşdiyi təhdidlərə qərbdən heç bir reaksiya verilməyib: “Qərb hər zaman Türkiyənin qarşılaşdığı təhdidlərə göz yummağa çalışıb. Bunu görən Türkiyə rəhbərliyi də milli maraqlarını müdafiəsi üçün Suriyanın şimalında əməliyyatlara başlayıb. Türkiyənin məqsədi Suriya ərazisində olan kürdləri məhv etmək deyil, o ərazini terror qruplarından təmizləyib, ölkədəki üç milyon yarım suriyalı qaçqını ora köçürməkdir”.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz