CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda intihara cəhdin qarşısı alındı

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində həmin şəxs özünə qəsd etmək fikrindən daşınıb və sağ qalıb
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sputnik Azərbaycan-a FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.