SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Prezidentin tapşırığı odur ki, seçkilər şəffaf keçirilsin" - Zeynal Nağdəliyev

"Prezident İlham Əliyev dünyada hər kəsi başa salır ki, ölkədə seçki şəffaf keçirilir, buna kimsə kölgə sala bilməz"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr - Sputnik. "Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır".

Rüstəm Usubovdan ciddi xəbərdarlıq

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev dünyada hər kəsi başa salır ki, ölkədə seçki şəffaf keçirilir, buna kimsə kölgə sala bilməz: “Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır”.