SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərbin ikiüzlülüyü Suriya məsələsində bir daha üzə çıxdı - politoloq şərhi

Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə Suriya ilə sərhədlərində təhlükəsizliyi təmin etməyə məcburdur
Sputnik

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Fərat çayının şərq hissəsindəki torpaqlara daxil olub. Bu məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Türkiyə bu plana hazır idi və Qərb tərəfindən ona başqa yol buraxılmadı: “Türkiyə Suriyada gedən savaşdan ən çox əziyyət çəkən dövlətdir. Avropa Birliyi və ABŞ bu məsələnin həllində Türkiyəni tək buraxdılar. Türkiyə isə öz sərhədlərində təhlükəsizliyi təmin etməyə məcburdur. Bu məsələdə ABŞ prezidentinin də rolu var. Tramp hər gün anlaşılmaz bəyanatlar verir. Artıq Türkiyə qətiyyətlə bu məsələni həll etmək niyyətindədir”.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz