Prezident İlham Əliyev qeyd edib ki, dövlət başçıları dəfələrlə faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxış ediblər. Buna baxmayaraq, bu hal hələ də MDB ölkələrində, xüsusilə də Ermənistanda, müşahidə edilməkdədir.
“Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəlladı və vətən xaini Qaregin Ter-Arutyunyana abidə qoyub”.
Bundan başqa, dövlət başçısı müharibə veteranlarının bu addıma qarşı etirazından danışıb və Rusiyanın Xarici İşlər Nazirliyinin may ayındakı hesabatından sitat gətirib.