HADİSƏ

Gəncədə torpaq davası qətllə sona çatdı

Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Gəncədə qətl hadisəsi verib.

Sumqayıtda dəhşətli qətl baş verdi

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib.

Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.