Dünya Qaqarindən sonra ən məşhur kosmonavtını itirdi

1975-ci ilin iyulunda Leonov məşhur "Soyuz-Apollon" proqramı çərçivəsində baş tutmuş uçuşda və tarixdə ilk dəfə SSRİ və ABŞ kosmik gəmilərinin birləşdirilməsi prosesində iştirak edib
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Açıq kosmosa çıxmış ilk insan olan Aleksey Leonov 86 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı RİA Novosti-yə Qaqarin adına Kosmonavtların hazırlıq mərkəzindən veriblər.

"Bəli, təəssüf ki, bu həqiqətən də belədir", - mərkəzin rəsmisi deyib.

Kosmonavtın həyat yoldaşı məlumatı şərh etməkdən imtina edərək, "indi vaxtı deyil" deyib.

Sirli kosmos: 2018-in ən yaxşı şəkilləri

Qeyd edək ki, Leonov 1965-ci ilin martında açıq kosmosa çıxmış ilk insan olub. O, açıq kosmosda 12 dəqiqə olub.

1960-cı illərin sonlarında Leonov kosmik aparatda Ayın ətrafında dövrə vuraraq onun səthində oturmağa hazırlaşırmış. SSRİ "kosmik yarış"da irəlidə olsaydı, Leonov Ayın səthinə ayaq basmış ilk insan olacaqdı.

1975-ci ilin iyulunda Leonov məşhur "Soyuz-Apollon" proqramı çərçivəsində baş tutmuş uçuşda və tarixdə ilk dəfə SSRİ və ABŞ kosmik gəmilərinin birləşdirilməsi prosesində iştirak edib.

Leonov iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. O, bir çox orden və medallarla təltif olunub.

Əfsanəvi sovet kosmonavtı ilə vida mərasimi və onun dəfni oktyabrın 15-də Mıtişşidə yerləşən Federal hərbi memorial məzarlıqda baş tutacaq.