CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN: Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülh bulağı" Suriyada sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

Türkiyənin Suriyadakı əməliyyatından ilk VİDEOGÖRÜNTÜ

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

"Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülh bulağı" əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək", - deyə bəyanatda qeyd olunub.