Ərdoğan Suriya əməliyyatından danışdı, 109 terrorçu öldürülüb

Dövlət başçısı: "Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən buna səssiz qala bilməzsiniz"
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı zamanı indiyə qədər 109 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısında deyib.

Ərdoğan eyni zamanda NATO üzvü olan bütün ölkələrə səslənib: "Biz Türkiyəyik. Biz NATO üzvü olan bir ölkəyik. 5-ci maddəni çox yaxşı bilirlər. Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən buna səssiz qala bilməzsiniz".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyirlər.