Ekspert təhsil sərgiləri barədə: regionlarda keçirilməsi daha yaxşı olardı

Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycan universitetləri yerli sərgidə iştirak etməməli, daha çox xaricdəki sərgilərdə təmsil olunmalıdır
Sputnik

Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, oktyabrın 10-12-də baş tutacaq tədbirə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsil sərgiləri beynəlxalq praktikada uğurlu addım kimi dəyərləndirilir: “Burada təkcə yerli deyil, həm də xarici təhsil müəssisələri öz imkanlarını nümayiş etdirirlər. Təəssüf ki, bizim ali təhsil müəssisələrimiz dövlət tərəfindən yaradılmış bu imkanlardan yetərincə istifadə etmirlər. Azərbaycan universitetləri yerli sərgidə iştirak etməməli, daha çox xaricdəki sərgilərdə təmsil olunmalıdır. Biz çalışmalıyıq ki, daha çox xaricdən tələbə axını qəbul edək. Həmçinin, bu sərgilərə əlçatımlılığın təmin olunması üçün regionlarda keçirilməsi daha yaxşı olardı”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz