BAKI, 10 oktyabr - Sputnik. Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.
APA-nın məlumatına görə, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.
Onun sözlərinə əsasən, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.
O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.
E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.