BAKI - 10 oktyabr, Sputnik. Dünyanın ən iri tədqiqat mərkəzlərindən biri olan Meyo klinikasının psixoloqları Xoakin Feniksin "Coker" filmindəki qəhrəmanının hansı xəstəlikdən əziyyət çəkdiyini araşdırıblar.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, psixoloqların fikrincə, yeri gəldi-gəlmədi gülən Artur Flekin ("Coker) xəstəliyi psevdobulbar sindromudur.
Bu, emosional-psixi pozğunluq tipidir, nəzarət edilməyən gülmə və ya ağlama tutmaları ilə müşahidə olunur. Bu xəstəlik həmçinin yedək nevroloji rahatsızlıqlar, məsələn, dağınıq skleroz və kəllə-beyin travması ilə mütləq bağlı olur.
Psixoloqlar bildirirlər ki, bu cür tutmalar bir neçə dəqiqə çəkə və xəstələrdə utanc hissi, apatiya, stress və depressiya yarada bilər.
Filmin məğzinə görə, Flekin ögey anası onunla uşaq vaxtı qəddarcasına rəftar edib, bu da onun sonrakı həyatına ciddi təsir göstərib.