BAKI, 9 oktyabr — Sputnik. Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı çərçivəsində ilk aviazərbələrin görüntüləri yayılıb.
Sputnik Azərbaycan bildirir ki, "Anadolu" agentliyinin yaydığı kadrlarda həm döyüş tapşırığı üçün havalanan qırıcılar, həm də ilk zərbələrin nəticələri əks olunub.
Əməliyyatın başlanması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O vurğulayıb ki, Türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək.
Suriyanın dövlət telekanalı "Ikhbariya" məlumat yayıb ki, Türkiyə ordusu Haseke əyalətində Darbasiyyə, Malikiyyə, Qamışlı, Rəkkada isə Tell-Əbyad və Ayn-İsa şəhərlərinə aviazərbələr endirib.