Türk ordusu Suriyaya daxil oldu – "Sülh bulağı" gerçəkləşir

"Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. "Sülh Bulağı" əməliyyatı ilə ölkəmizə yönəlik terror təhdidini aradan qaldıracağıq"
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayından şərqdə əməliyyata başlayıb. 

Türkiyə ABŞ-ın təhdidlərinə necə reaksiya verəcək - politoloq şərhi
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, Türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək: "Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. "Sülh Bulağı" əməliyyatı ilə ölkəmizə yönəlik terror təhdidini aradan qaldıracağıq. Formalaşdıracağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların öz ölkələrinə dönməsini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq".