RUSİYA

Rusiyada böyük əməliyyat – Hamı bundan danışır

Onlar Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Tatarıstan respublikaları, Moskva, Sankt-Peterburq, Krasnodar və Stavropol diyarlarında, Tümen vilayətində internet üzərində xeyriyyəçilik adı altında 6 milyon rubldan çox vəsait toplayıb
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın 9 regionunda fəaliyyət göstərən və "Qafqaz İmarəti" və "İŞİD" təşkilatları ilə bağlılığı olan terrorçulara sponsorluq edən "xeyriyyə təşkilatını" ifşa edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Qruplaşmaya Ümumdünya xilafətinin qurulmasının tərəfdarı olan 100-dən çox şəxs daxil olub. Onlar arasında Şamil Basayev tərəfindən 2005-ci ildə Nalçikdə planlaşdırılan silahlı hücumun iştirakçıları da var.

Hüquq mühafizə orqanlarının məlumatına görə, onlar Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Tatarıstan Respublikaları, Moskva, Sankt-Peterburq, Krasnodar və Stavropol diyarlarında, Tümen vilayətində internet üzərində xeyriyyəçilik adı altında 6 milyon rubldan çox vəsait toplayıb. Daha sonra vəsaitlər Suriyada terror aktlarının törədilməsi üçün xaricə köçürülüb.

Xeyriyyə təşkilatının yaradılmasına görə iki nəfər - 25 yaşlı kişi və 30 yaşlı qadın saxlanılıb. Axtarış zamanı onların üzərindən qadağan olunmuş ədəbiyyat, terrorçuların təlimatlarının olduğu 10 mobil telefon, 60 bank kartı, 6 min dollar nağd pul və pulların köçürülməsinə dair hesabatlar müsadirə olunub.

"İstintaqın versiyasına əsasən 2015-ci ilin fevralında bacı və qardaş Kabarda-Balkar Respublikasında İŞİD terror təşkilatının maliyyələşdirilməsi üçün pul yığımı kampaniyası həyata keçirib", - deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Faktla bağlı araşdırmalar davam edir.