Almaniyada naməlum şəxs sinaqoqa hücum edib, ölənlər var

Qalle şəhər polisinin "Twitter"də verdiyi məlumata görə, olayı törətmiş silahlı şəxs hadisə yerindən qaçıb.
Sputnik

BAKI, 9 oktyabr - Sputnik. Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb.

APA-nın "Bild" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb.

Şəhər polisinin "Twitter"də verdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb. Onun atış açdığı yer isə sinaqoq olub.

Hazırda cinayətkarın saxlanılması istiqamətində tədbirlər davam etdirilir.