MƏDƏNİYYƏT

Rus Dram Teatrının aktyoru vəfat etdi

Aleksey Saprıkin "Aktyorun taleyi", "Payız sonatası", "Meme", "Qürur və qərəz" və s. tamaşalarda yaddaqalan obrazlar canlandırıb
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin dünyasını dəyişib.

Azərbaycan xalq rəssamı ilə vidalaşır

Sputnik Azərbaycan xəbər verir ki, 65 yaşlı aktyor bu gün vəfat edib.

Qeyd edək ki, aktyor 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən Bakı Kamera teatrında, 2002-2008-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 2008-ci ildən isə Səməd Vurğun adına Akademik Rus Dram Teatrında fəaliyyət göstərib. Aleksey Saprıkin "Aktyorun taleyi", "Payız sonatası", "Meme", "Qürur və qərəz" və s. tamaşalarda yaddaqalan obrazlar canlandırıb.

Saprıkin həmçinin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavid ömrü", "Qraf Krestovski" filmlərində çəkilib.