FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Turistləri başdan çıxaran festivaldan rəngarəng GÖRÜNTÜLƏR

Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Gürcüstanın paytaxtı növbəti dəfə "Tbilisoba" bayramını qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, 3 gün davam edən bayramda dünyanın dörd bir tərəfindən gələn minlərlə turist iştirak edib. Tədbirlə əlaqədar Tbilisinin mərkəzi küçələri bağlanıb. İnsanlar hazırladıqları məhsulları satışa çıxarıblar. Eyni zamanda, Gürcüstanın müxtəlif musiqi və rəqs qrupları, idmançılar öz istedadlarını nümayiş etdiriblər.

Qeyd edək ki, 1979-cu ildən qeyd olunan bayram Gürcüstanla yanaşı, bir neçə postsovet ölkəsində - Rusiya, Belarus və Ukraynada da keçirilir. 2018-ci ildə verilən qərara əsasən, "Tbilisoba" hər il oktyabrın ilk həftəsinin istirahət günlərində qeyd olunur.

1 / 19
Kilsədən kilsəyə - Tbilisoba 2019
2 / 19
Klassik avtomobillərin nümayişi - Tbilisoba 2019
3 / 19
Mavi səma, göy çəmən - Tbilisoba 2019
4 / 19
Rənglərin ahəngi - Tbilisoba 2019
5 / 19
Uşaqların sevimlisi - Tbilisoba 2019
6 / 19
Sadiq dostlar bir arada - Tbilisoba 2019
7 / 19
Turistlərin sevimli bayramı - Tbilisoba 2019
8 / 19
Rəqslə döyüş bir arada - Tbilisoba 2019
9 / 19
Avtomobil nümayişi - Tbilisoba 2019
10 / 19
Ailəvi iştirak edə biləcəyiniz festival - Tbilisoba 2019
11 / 19
Havanın istisi, kababın tüstüsü - Tbilisoba 2019
12 / 19
Arzular ağacı - Tbilisoba 2019
13 / 19
Görək kim kimi yordu - Tbilisoba 2019
14 / 19
Bayramın dadını artıq çıxaranda - Tbilisoba 2019
15 / 19
Meydanda davam edən bayram - Tbilisoba 2019
16 / 19
Brazilyaya getmək üçün Gürcüstanda pul yığan Türkiyə vətəndaşı - Tbilisoba 2019
17 / 19
Gözbağlayan musiqi keyfi - Tbilisoba 2019
18 / 19
Kür çayının gecə tam fərqli görünüşü - Tbilisoba 2019
19 / 19
Gecənin bağlanışı, atəşfəşanlıq - Tbilisoba 2019