ELM

Fizika üzrə Nobel mükafatları təqdim olundu

Oktyabrın 9-u kimya, 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Amerikalı Ceyms Piblz, isveçrəli Didye Kelo və Mişel Mayor 2019-cu ildə fizika üzrə Nobel mükafatının qalibi olublar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Nobel mükafatının rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Ceyms Piblz Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Didye Kelo və Mişel Mayor isə "Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, oktyabrın 9-u kimya, 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.