Azərbaycanlı modelyerdən Putinin ad gününə qeyri-adi hədiyyə

Məşhur azərbaycanlı dizayner Aysel Trudel Rusiya prezidentinin ad gününə qeyri-adi hədiyyə həsr edib
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanlı diplomat Aydın Hüseynovun qızı - dizayner Aysel Trudel Moskvada butik açıb və orada özünün yeni kolleksiyasını təqdim edib. Sputnik Azərbaycan "Forbes" nəşrinə istinadla xəbər verir ki, dizayner bu kolleksiyasını Rusiya Prezidenti Vladimir Putinə həsr edib. Modelyer bu kolleksiyanın toplanmasına 12 milyon rubl sərf edib.

Dağları piyada gəzdi: Vladimir Putinin Sibir tayqasında istirahəti – FOTOLAR

Trudel qeyd edib ki, bu kolleksiyasını Vladimir Putinin ad günü münasibətilə buraxıb. Kolleksiyaya trençlər, bel çantaları, ipək bluzlar, 1970-ci illərin stilində olan midi ətəklər və dekorativ yastıqlar daxildir. Sahibkar prezidentin görüntüsünün və ya adının geyimlərdə olub-olmayacağını açıqlamayıb.

Onun işlərində İvanov çitinin 1920-1930-cu illər arxiv naxışlarından, sovet avanqard üslubundakı sənaye təsvirləri, məişət əşyaları və abstraksiyalardan, habelə "Soyuzmultfilm"in qəhrəmanlarının - Dovşan və Canavar, tutuquşu Keşa və başqalarının şəkillərindən istifadə edilib.

Kolleksiyanı Rusiya prezidentinə həsr etmək ideyasını dizaynerə ona öz şəkillərini butikdə istifadə etmək hüququ verən rəssam Aleksey Sergiyenkonun rəsmləri verib.

Aysel Trudel azərbaycanlı diplomat Aydın Hüseynovun ailəsində doğulub. Hazırda AIZEL.RU onlayn mağazasının həmtəsisçisi və direktorlar şurasının üzvü, habelə bəzi dünya markalarının nümayəndəsidir. Onun adı bu günlərdə "Business of Fashion" nəşrinin hazırladığı moda sənayesindəki 500 nüfuzlu şəxsin siyahısına daxil edilib.