Sensi İtaliya millisinin oktyabr oyunlarını zədə səbəbindən buraxmalı olacaq

Zədə Stefano Sensiyə Avropa təsnifatının qarşıdakı oyunlarında İtaliya yığmasının tərkibində oynamağa imkan verməyəcək.
Sputnik

Milanın "İnter" klubunun yarımmüdafiəçisi Stefano Sensi zədə səbəbindən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya yığmasının oyunlarını buraxmalı olacaq. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytında məlumat verilir.

Sensi "Yuventus" ilə bazar günü keçirilən görüşdə zədələnib və birinci hissədə əvəz edilib.

İtaliya yığması oktyabrın 12-də Yunanıstan komandasını qəbul edəcək, oktyabrın 15-də isə səfərdə Lixtenşteyn millisi ilə qarşılaşacaq.