Dağları piyada gəzdi: Vladimir Putinin Sibir tayqasında istirahəti – FOTOLAR

Vladimir Putin bu günlərdə doğum günü münasibətilə dövlət işlərindən uzaqlaşaraq Rusiyanın ucqarlarında istirahət etmək qərarına gəlib
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin öz doğum günündə Sibir tayqasında istirahət zamanı çəkilmiş videosu yayılıb.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Sibir tayqasında Putinə Müdafiə naziri Sergey Şoyqu yoldaşlıq edib.

Videodakı kadrlarda Putinin piyada dağlara qalxdığı, payız mənzərələrini müşahidə etdiyi, Yeniseyə baxdığı və göbələk yığdığı görünür.

Agentliyin yazdığına görə, bu günlərdə o, doğum günü münasibətilə dövlət işlərindən uzaqlaşaraq Rusiyanın ucqarlarında istirahət etmək qərarına gəlib. "Buludlara çatdıq. Demək olar ki, 2 min metr yüksəkdəyik. Yenisey buradan çox gözəl görünür"? - deyə Putin Sibir mənzərələrinə heyranlığını gizləməyib.

Ona bələdçilik edən Şoyqu öz bağında əkmək üçün mərcangilə kolu çıxarıb. Vladimir Putin isə tayqadan özü ilə suvenir və doğum günü hədiyyəsi olaraq yalnız şam qozası götürüb.

Qeyd edək ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Sankt-Peterburqda anadan olub. Bu gün onun 67 yaşı tamam olur.