CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların evlənmək arzusu baş tutmadı

2019-cu ilin sentyabr ayı ərzində evlənmək istəyən 11 278 nəfər tibbi müayinədən keçib. Onlardan 340 nəfərdə talassemiya daşıyıcılığı, 70 nəfərdə sifilis, 13 nəfərdə QİÇS aşkarlanıb
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. 2019-cu ilin 9 ayı ərzində evlənmək istəyən 103 618 nəfər müayinədən keçib. Onlardan 2 653 nəfərdə talassemiya daşıyıcılığı, 212 nəfərdə sifilis, 107 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 32 olub. Ümumilikdə indiyədək 603 431 nəfər müayinədən keçib. Onlardan 20 888 nəfərdə talassemiya daşıyıcılığı, 1 940 nəfərdə sifilis, 561 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 223 olub.

Rusiyalı məşhur cütlük bal ayını Bakıda keçirib və yenə qayıdacağını bildirib

Bu barədə Sputnik Azərbaycan-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.

2019-cu ilin sentyabr ayı ərzində evlənmək istəyən 11 278 nəfər tibbi müayinədən keçib. Onlardan 340 nəfərdə talassemiya daşıyıcılığı, 70 nəfərdə sifilis, 13 nəfərdə QİÇS aşkarlanıb. Bildirilib ki, müayinədən keçən 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.

Qeyd edək ki, hər ikisində xəstəliklər aşkarlanan cütlüklərə genetik konsultasiya verilir ki, hamiləlik olan kimi 12-18 həftəliyində müayinədən keçmək üçün müraciət etsinlər.

İnstitutdan verilən məlumatda bildirilir ki, bunadək hamilə qadınlarda müşahidə edilən xəstə döllər valideynlərin istəyi ilə abort edilib. Bu isə talassemiyalı doğulan uşaqların sayında əhəmiyyətli dərəcədə azalmaya səbəb olub.