BAKI, 7 oktyabr — Sputnik. Ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ofeliya Sənaninin durumu ilə bağlı yeni məlumat açıqlanıb.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xalq artistinin invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Onun vəziyyətinin qənaətbəxş olduğu, yaxın günlərdə evə yazılmasının planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.