CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünən havanın hərarəti normadan xeyli yüksək olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, oktyabrın 6-da havanın temperaturu iqlim normasından 4.5 dərəcə yüksək olub
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. “Dünən ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, oktyabrın 6-da havanın temperaturu iqlim normasından 4.5 dərəcə yüksək olub: “Bu gün günün birinci yarısında hava şəraiti kifayət qədər mülayim olacaq. Axşama doğru güclü küləklə əlaqədar temperatur bir qədər aşağı düşəcək və normaya yaxınlaşacaq”.