HADİSƏ

Bakının axtardığı şəxs Belarusda tutuldu

"İnterpol" xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sadiq Əhmədov Belarusda saxlanılıb. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, "İnterpol" xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sadiq Əhmədov Belarusda saxlanılıb. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

S.Əhmədovun Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.