SƏHİYYƏ

Tibb sahəsi üzrə Nobel mükafatının sahibləri məlum oldu

Dünya Nobel Komitəsi 2019-cu ildə bu mükafata Vilyam Kaelin (ABŞ, Harvard Universiteti), Piter Retkliff (Britaniya, Oksford Universiteti) və Qreqq Semensanı (ABŞ, Harvard Universiteti) layiq görüb
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatının sahiblərinin adları açıqlanıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Nobel Komitəsi 2019-cu ildə bu mükafata Vilyam Kaelin (ABŞ, Harvard Universiteti), Piter Retkliff (Britaniya, Oksford Universiteti) və Qreqq Semensanı (ABŞ, Harvard Universiteti) layiq görüb.

Onlar hüceyrənin oksigenə reaksiyası və uyğunlaşmasını kəşf ediblər.