CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su borularını oğurlayan yaxalandı

Su boruları müvafiq qaydada sənədləşdirilərək götürülüb və Lənkəran Regional Su Kanal İdarəsinin Lerik rayonu üzrə nümayəndəsinə təhvil verilib
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Oktyabrın 4-də Lerik rayonunun Nisli kəndi ərazisində Çayrud kənd sakini Ş.Bəhmənovun idarə etdiyi "KamAZ" markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avtomobilin yük yerinə baxış zamanı oradan uzunluğu 104 metr olan 18 ədəd dəmir boru aşkar edilib.

Araşdırma zamanı qeyd edilən dəmir boruların həmin gün Rəzgov kənd sakini T.Kəlbiyev tərəfindən Lerik-Kəlvəz yolunun kənarı ilə çəkilmiş su xəttindən kəsdirilib yaşadığı evə aparmaq istəməsi müəyyən edilib.

Su boruları müvafiq qaydada sənədləşdirilərək götürülüb və Lənkəran Regional Su Kanal İdarəsinin Lerik rayonu üzrə nümayəndəsinə təhvil verilib.

Araşdırma aparılır.