RUSİYA

Rusiyalı nazirdən bədbin neft proqnozu

O vurğulayıb ki, uzunmüddətli perspektivdə neftin qiyməti indiki səviyyəyə yaxın olacaq: "Çünki İran və Venesuelada hasilat azalanda, ABŞ və bir sıra ölkələrdə artır".
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Rusiya Energetika naziri Aleksandr Novak bir barel neft üçün 50 dollar qiymətini ədalətli qiymət adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu rusiyalı nazir "Reuters"ə deyib.

Nazirin sözlərinə görə, bir barel üçün 100 dollar kimi qiymətləri artıq unutmaq lazımdır: "Biz düşünürük ki, ortamənzilli perspektivdə bir barel üçün 50 dollar ədalətli qiymətdir. 2019-cu il büdcəsində bu qiymət bir barel üçün 43-45 dollar olaraq götürülüb".

O, vurğulayıb ki, uzunmüddətli perspektivdə neftin qiyməti indiki səviyyəyə yaxın olacaq: "Çünki İran və Venesuelada hasilat azalanda, ABŞ və bir sıra ölkələrdə artır".