HADİSƏ

Külək paytaxtda 12 ağacı böyrü üstə qoydu

Daha əvvəllər güclü külək nəticəsində qeydə alınan fəsadları nəzərə alaraq vətəndaşları diqqətli olmağa səsləyirik
Sputnik

 

BAKI, 7 oktyabr — Sputnik. "Bu saata qədər külək Bakının müxtəlif ərazilərində 12 ağacı aşırıb və çox sayda ağacların budaqlarını qırıb". Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

"Daha əvvəllər güclü külək nəticəsində qeydə alınan fəsadları nəzərə alaraq vətəndaşları diqqətli olmağa səsləyirik. Günün ikinci yarısından etibarən bir neçə saat ərzində Bakı və Abşeron yarımadasında şimal küləyinin sürəti 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir. Vətəndaşlara ehtiyatlı olmağı, avtomobillərini ağacların altında park etməməyi tövsiyə edirik. Güclü külək nəinki qurumuş ağacları, eləcə də sağlam ağacları aşıra bilər. Buna görə də yaxşı olar ki, sakinlər özləri də ağacların altında və yaxınlığında dayanmasınlar", - deyə Məmmədov əlavə edib.