Səudiyyə Ərəbistanından turistlərə xoş sürpriz

Bu qərarın yalnız turistlərə aid olduğu bildirilib. Krallıq sakinləri əvvəlki kimi eyni otel nömrəsində qalmaları üçün qohumluq əlaqələrini sübuta yetirməli olacaq
Sputnik

BAKI, 6 oktyabr - Sputnik. Səudiyyə Ərəbistanının höküməti digər ölkələrdən gələn turistlərə qohumluq əlaqələrini sübuta yetirmədən eyni otel nömrəsində qalmağa icazə verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Qadağanın aradan götürülməsinə Turizm və Milli İrs üzrə Komissiya icazə verib.

Bu qərarın yalnız turistlərə aid olduğu bildirilib. Krallıq sakinləri əvvəlki kimi eyni otel nömrəsində qalmaları üçün qohumluq əlaqələrini sübuta yetirməli olacaq.