Pivə içməyə gəlmişdilər, xəsarət aldılar - VİDEO

Yanğınsöndürənlərin məlumatına əsasən, transformator yanmağa başlayandan sonra onu söndürmək üçün briqada göndərilib
Sputnik

BAKI, 6 oktyabr - Sputnik. Los-Anceles yaxınlığındakı Hantinqton-Biç şəhərində "Oktoberfest" festivalının keçirildiyi binalardan birində transformator partlayıb. 

Partlayış anı videoya düşüb.

Yanğınsöndürənlərin məlumatına əsasən, transformator yanmağa başlayandan sonra onu söndürmək üçün briqada göndərilib. Yanğınsöndürənlər transformatoru söndürmək istəyəndə o partlayıb. Dörd nəfər xəsarət alıb.

Festivalın ziyarətçiləri təxliyə olunublar.

"Oktoberfest" pivə həvəskarları üçün keçirilən festivaldır.